AZ

Rusiya Avropa parlament seçkilərinin yekun nəticəsinə münasibət BİLDİRİB

Kremlin Avropada 6-9 iyun tarixlərində baş tutmuş Avropa parlamenti seçkilərinin yekun nəticəsinə fikir bildirib.

Ednews "Rossiya-24"ə istinadən xəbər verir ki, bunu Rusiyanın Avropa İttifaqındakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Kirill Logvinov bildirib. O, hesab edir ki, Aİ seçkiləri münasibətləri dəyişməyəcək.

"Avropa İttifaqı dünya miqyasında hökmranlığını saxlamaq üçün hər şey edəcək... Avropa bürokratlarının seçdikləri kursdan getməsinə heç kim mane ola bilməz, o cümlədən Rusiyaya münasibətdə... Avropa İttifaqı bizimlə deyil. İndi və ya  yaxın gələcəkdə bu dəyişməyəcək". - deyə o, bildirib.

Əkbər Novruz

 

Seçilən
109
ednews.net

1Mənbələr