AZ

Qitə çempionatını buraxacaq

Polşa yığması qitə çempionatına ciddi itki ilə yollanacaq.

Arkadiuş Milik AÇ-2024-ü buraxacaq. 30 yaşlı hücumçu Ukrayna ilə yoldaşlıq oyununda (3:1) zədələnib. Komandanın baş məşqçisi Mixal Probez matçdan sonraı açıqlamasında Milikin Avropa çempionatına yollanmayacağını deyib.

“Yuventus”da çıxış edən Milik yenicə sona çatan mövsümdə 36 matçda iştirak edib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.
Polşa yığması 14 iyun - 14 iyul aralığında keçiriləcək AÇ-2024-ün D qrupunda Niderland, Avstriya və Fransa ilə mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
football-plus.az

1Mənbələr