AZ

Dondurma yedikdən yarım saat sonra nə baş verir? - Həkimdən XƏBƏRDARLIQ!

Yayda dondurma istehlakının artmasının səbəblərindən biri də onun orqanizmdəki istini soyutması, sərinlik yaratmasıdır. Amma rusiyalı həkimlər hesab edirlər ki, dondurma ilə bağlı yaranan bu mif yalandır.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, kardioloq Dmitri Orlovski bu qənaətin səhv olduğunu, dondurma istehlakının istidə soyumağa kömək etmədiyini bildirib.

 

Orlovskinin fikrincə, dondurma sərinlətmir, əksinə bədəni qızdırır.

 

O, sözlərini belə əsaslandırıb:

 

“Bir porsiya dondurma həzmi gücləndirir və maddələr mübadiləsini sürətləndirir. Bu stimullaşdırıcı təsir nəticədə həzm üçün lazım olan istiliyi daha çox artırır. Dondurma ilk dəqiqələrdə mədəni müvəqqəti soyudur, lakin sonra o, yarım saat ərzində bütün bədəni isidir”.

 

Kardioloq əlavə edib ki, şirin qazlı sular da orqanizmdə analoji təsir yaradır.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
sfera.az

2Mənbələr