Azərbaycanda azyaşlının çipsdən zəhərlənərək ölməsi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) açıqlama verilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.
Qeyd edək ki, hadisə Qobustanda baş verib.
Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.