AZ

"Qarabağ klanı" revanş istəyir? – “Bu, Ermənistanın sonu deməkdir”

"Ermənistanda kilsənin və revanşistlərin təşkilatçılığı ilə başlamış etiraz aksiyaları, daha doğrusu "Qarabağ klanı"nın aktivləşməsi və sülh danışıqlarını pozmaq təşəbbüsləri Azərbaycan tərəfindən izlənilir". 

Bu barədə Bakivaxti.az-a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib. 

Hüquq müdafiəçisi bildirib ki, keşiş Baqrat Qalstanyanın və ona dəstək verən müxalif güclərin, revanşist qüvvələrin məqsədi Azərbaycanla sülh müzakirələrini, əldə olunmuş müəyyən razılaşmaları pozmaq, prosesi yenidən dalana dirəməkdir: 

"Əlbəttə, rəsmi Bakının tərəf müqabili İrəvan hökumətidir. Azərbaycan tərəfi danışıqları və müzakirələri Ermənistan hakimiyyəti ilə aparır. Burada revanşistlərin söz söyləmək, nəyəsə etiraz etmək haqqı yoxdur. Ancaq istənilən halda baş verənlərin prosesə bu və ya digər formada təzyiqləri istisna edilmir. Çünki Ermənistan elə bir coğrafiyada yerləşir ki, elə bir dövlət strukturuna malikdir ki, kənar qüvvələrin, xarici ölkələrin güclü təsiri altındadır. Proseslər hər an nəzarətdən çıxa bilər. Azərbaycan Ordusu baş verəcək təxribatlara, pozuculuq hərəkətlərinə anında cavab verməyə tam hazırdır. Lakin Bakı sülh prosesinin davamlı olmasında maraqlıdır və İrəvan hökumətindən də tələbi odur ki, öhdəliklərini yerinə yetirsin və revanşistlərin müzakirələrə müdaxiləsinə imkan verməsin, şərait yaratmasın".

Həmsöhbətimiz vurğulayıb ki, revanşistlərin təhlükəli addımları, sülh prosesinə əngəl törədəcək təşəbbüsləri Ermənistanın suverenliyinin itirilməsinə gətirib çıxara bilər: 

"Ona görə də müharibə istəməyən, sülhdə maraqlı olan erməni xalqı qətiyyən revanşistlərin oyununa aldanmamalı, kilsənin qurbanına çevrilməməlidir. Ən azından o səbəbə görə ki, ermənilər "Qarabağ klanı"na bel bağlamağın, onlara inanmağın acı fəsadlarını 2020-ci ilin 44 günlük savaşında görüblər. Bunun təkrarlanması Ermənistanın sonu deməkdir. Hesab edirəm ki, İrəvandakı etirazlar fiaskoya uğrayacaq, çünki onların dəstəyi yoxdur". 

Qeyd edək ki, Prezident İlham Əliyev TÜRKPA ölkələrinin parlament sədrləri ilə görüşündə Ermənistandakı revanşistlərə xəbərdarlıq edib. Son günlər İrəvanda baş verənlərə toxunan dövlət başçısı revanşistləri bu əməllərindən çəkinməyə çağırıb.

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
bakivaxti.az

1Mənbələr