AZ

Tədrisin digər dildə aparıldığı bölmə üzrə məktəb və müəllim seçimi ilə bağlı suallar cavablandırılacaq

Tədrisin

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 11-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədrisin digər dildə aparıldığı bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi ilə bağlı məsələlər müzakirə olunacaq, valideynləri maraqlandıran suallar canlı yayımda cavablandırılacaq.

Bu barədə AZƏRTC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Vətəndaşlar birinci sinfə elektron qeydiyyatla bağlı yaranan suallarını paylaşımın şərh bölməsində yaza bilərlər.

Mövzu ilə əlaqədar suallar BŞTİ-nin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova tərəfindən cavablandırılacaq.

Canlı yayımı BŞTİ-nin rəsmi feysbuk səhifəsində izləmək mümkün olacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
azertag.az

3Mənbələr