Dünyadakı hökumətlər süni intellektə (AI) investisiyalarını əhəmiyyətli dərəcədə artırır və süni intellektə yönəlmiş yerli hesablama resurslarının yaradılması üçün əhəmiyyətli vəsait ayırırlar.

İndex.az xəbər verir ki, “Wall Street Journal”ın yaydığı məlumata görə, Asiya, Yaxın Şərq, Avropa və Amerika kimi regionları əhatə edən bu tendensiya böyük texnologiya şirkətlərinin, xüsusilə süni intellektə əsaslanan “Nvidia” şirkətinin gəlirlərini artırmasına şərait yaradır.

Məqalədə qeyd edilib ki, ölkələr büdcələrini artıraraq, yeni məlumat mərkəzlərinin yaradılmasına və mövcud mərkəzlərin əsasən “Nvidia” tərəfindən təchiz edilmiş qabaqcıl kompüter prosessorları ilə modernləşdirilməsinə imkan yaratmaq üçün təkliflər irəli sürürlər.