AZ

Avrozonada investorların inam indeksi iki ildən sonra ən yüksək səviyyədədir

Avrozonada

Roma, 10 iyun, AZƏRTAC

Avrozonada investorların inam indeksi 2022-ci ilin fevral ayından bəri ən yüksək səviyyəyə çatıb.

AZƏRTAC xəbər verir ki, aparılan müstəqil sorğuya əsasən, may ayında mənfi 3,6 olan investorların inam indeksi iyunda 3,9 bənd artaraq 0,3 olub. Beləliklə, indeksdə artım tendensiyası ardıcıl səkkizinci ayda da davam edib.

İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də 7,8-dən 10-a yüksələrək 2022-ci ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.

Cari vəziyyət indeksi də ardıcıl səkkizinci ayda artaraq mənfi 14,3-dən mənfi 9-a yüksəlib ki, bu da ötən ilin mayından bəri ən yüksək göstəricidir.

Qeyd edək ki, Avrozonada investorların inam indeksi 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması ilə aşağı istiqamətli dəyişmişdi.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
azertag.az

1Mənbələr