AZ

Qəzzada nə qədər ev yıxılıb?

 

  İsrailin 2023-cü ilin 7 oktyabrından bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında binaların yarıdan çoxu dağıdılıb.

  Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) sosial media hesabında Qəzzadakı vəziyyətlə bağlı açıqlama yayaraq bildirib: “Qəzzada baş verən dağıntılar təsvirolunmazdır. Bölgədəki binaların yarıdan çoxu dağılıb.

  İsrailin hücumları nəticəsində yaranan dağıntıların aradan qaldırılması üçün uzun illər lazımdır. Bu müharibənin psixoloji sarsıntısından sağalmaq isə daha çox vaxt aparacaq.

  Qəzzada iztirablara son qoyulmalı, atəşkəs olmalıdır”.

  2024-cü il mayın 24-nə olan məlumata görə, İsrail ordusunun oktyabrın 7-dən bu yana 77 min ton partlayıcıdan istifadə etdiyi Qəzzada 87 min ev tamamilə dağıdılıb, ümumilikdə isə 297 min ev yararsız hala düşüb.

  BMT əvvəlki açıqlamasında bildirilib ki, Qəzzadakı dağıntıların aradan qaldırılması azı 14 il çəkər.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
trt.net.tr

3Mənbələr