AZ

Toma Mönye zədələndi - AÇ-2024-dən kənarda qala bilər

Belçika yığmasının və “Trabzonspor”un sağ cinah müdafiəçisi Toma Mönye əzələ zədəsi alıb və Avropa çempionatından kənarda qala bilər.

Arena.az bu barədə Belçika yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.

İlk ehtimala görə, Mönye Çərşənbə günü Belçika yığması ilə Almaniyaya yollanmayacaq.

“Yaxın bir neçə gündə əlavə müayinələr aparılacaq. Tezliklə sağal, Toma”, – Belçika yığmasının rəsmi bəyanatında deyilir.

2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Belçkika yığması mübarizəsinə Ukrayna, Slovakiya və Rumıniya yığmalarının yer aldığı “E” qrupunda başlayacaq.

Toma Mönye “Trabzonspor”a 2024-cü ilin yanvarında Dortmund “Borussiya”sından azad agent qismində keçib. Belçikalı futbolçu Türkiyə klubu ilə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümünün ikinci yarısında Mönye “Trabzonspor”un heyətində bütün yarışlarda 19 oyuna 1 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.

Toma Mönye 2013-cü ilin noyabrında debüt etdiyi Belçika yığmasının heyətində 66 oyuna 8 qol vurub, 16 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı sağ cinah müdafiəçisinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
arena.az

1Mənbələr