"Fransada Milli Assambleyanın buraxılması Parisin daxili işidir".
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
O, Fransada Milli Assambleyanın buraxılmasının yenilik olmadığını bildirib:
"Fransa rəhbərliyinin Rusiyaya qarşı son dərəcə qeyri-dost və hətta düşmən münasibətini nəzərə alaraq, Milli Assambleyanın buraxılması ətrafında baş verənləri izləyəcəyik. Fransa xilası üçün Rusiyaya ən azı üç dəfə borcludur".
Gülşən Şərif