AZ

Vinisius Juniora qarşı irqçilik edən azarkeşə sərt cəza

"Real Madrid" klubunun braziliyalı hücumçusu Vinisius Juniora qarşı irqçilik edən azarkeş cəzalandırılıb.

Məlumata görə, "Valensiya" klubunun azarkeşi Vinisius Juniora qarşı irqçilik etdiyi üçün səkkiz ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə, həmin şəxsin cəzası başa çatdıqdan sonra iki il müddətinə stadionlara girişi qadağan olunacaq.

Qeyd edək ki, "Valensiya" klubu da azarkeşin irqçi davranışlarına görə 15 milyon avro cərimə olunub.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
oxu.az

1Mənbələr