AZ

“Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktiki konfrans keçirilib - FOTOLAR

“Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli bildirib ki, yeni yanaşmaların tapılması cəhdindən biz heç vaxt əl çəkməməliyik, çünki reallıqlar dəyişir, inkişaf baş verir və bizim də anlayışımız artır: “Sülh barədə düşünmək və əməli iş görmək üçün biz biliyi iki sistemdən – elm və dindən alırıq. Biri təbiətin sirlərini bizə açır, digəri isə həyatda istiqamət tutmaq və məna axtarmağa kömək edir. Bizim istinad edə biləcəyimiz iki mənbə var – elm və din.
Ümumdünya Ədalət Evi yazır ki, dünya sülhü nəinki mümkündür, o hətta qaçılmazdır. Aqressiya və münaqişələr dünyanın sosial, iqtisadi və dini sistemlərini o dərəcədə səciyyələndirir ki, çoxları bu cür davranışın insan təbiətinin fitri xassəsi olması fikrinin qurbanı olur və ona görə də bunun aradan qaldırımasını mümkünsüz hesab edirlər”- deyə, o bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dinlərarası harmoniyanın əhəmiyyətindən danışıb: “Azərbaycanda dinlərarası harmoniya yüksək səviyyədədir. Biz buna bir gündə nail olmamışıq. Əsası Ulu Öndər tərəfindən qoyulan bu proses cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 44 günlük Qarabağ müharibəsində də bir daha dinlərarası harmoniyanın gücünü gördük. Məqsədimiz bu harmoniyanı dünyaya ixrac etməkdir. Bununla dünyaya yeni bir zənginlik gətirəcəyik”.

Konfrans çıxışlar və müzakirələrlə davam edib.

Seçilən
41
sia.az

1Mənbələr