AZ

Çipsidən zəhərlənən Turqutun babasından ÖZƏL AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Qobustanda Turqut adlı azyaşlı uşaq çipsidən zəhərlənərək vəfat edib.

Bununla bağlı azyaşlının babası Ağayar kişi ilkin olaraq News365.az-a açıqlama verib.

Açıqlamada qeyd olunur ki, İyunun 8-i axşamı saat 10 radələrində valideyninin yanında vəziyyəti pisləşən uşaq ilk olaraq təcili yardıma, daha sonra Bakıya-“semoşka”ya göndərilib. “Semoşko”xəstəni  qəbul etmədiyi üçün Respublika Klinik Xəstəxanasına göndərilib. Lakin, klinikaya yatızdırılan uşaq 2 saat ərzində vəfat edib. 

Babasının qeyd etdiyinə görə, beş yaşlı uşaq saat 7-8 radələrində marketdən aldığı çipsini yedikdən sonra başqa heç nə yeməyib:

 “Nəvəm təqribən 2-3 saat Respublikanskidə yatıb. Rəhmətə getməzdən əvvəl ondan qan analizi götürülüb. Zəhərlənmə olduğuyla bağlı isə hələ xəstəxanadan heç nə deyilməyib. Ayın 9-u saat 1-2 radələrində analiz cavablarını götürməyimizi istəmişdilər. amma biz hələ analizin cavablarını götürməmişik.

Qeyd etmək lazımdır ki, xəstədən götürülən qan analizinin cavabı hələdə açıqlanmayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
news365.az

1Mənbələr