AZ

Ermənistan Təhlükəsizlik Xidmətindən Naxçıvanda itkin düşən hərbçimizlə bağlı AÇIQLAMA 

“Azərbaycanlı hərbçinin sərhədi keçməsi ilə bağlı faktiki məlumat yoxdur”. 

Bizim.Media “Azatutyun” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Hərbçimiz Naxçıvanda itkin düşdü


Açıqlamada qeyd olunub ki, yeni məlumat olarsa, əlavə informasiya veriləcək.

Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Erməni KİV-i isə hərbçimizin saxlanıldığı ilə bağlı xəbərlər yayıb. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
bizim.media

2Mənbələr