AZ

Məhv edilən SU-57-nin yüz milyonlarla dollar qiyməti var – “Rusiyada yeganə V nəsil təyyarədir”

“Mətbuatda yer alan və peyk şəkilləri ilə aerodromda vurulması təsdiq edilən Su-57 təyyarəsi Rusiyanın layihələndirdiyi və silahlı qüvvələrdə qəbul edilən yeganə V nəsil təyyarədir”.

Ulusal.az xəbər verir ki, bu barədə energetika sahəsi üzrə mütəxəssis Avtandil Məmmədov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, təyyarənin qiyməti haqqında doğru-dürüst məlumat yoxdur: “Ona görə ki, Rusiyada bunu dövlət şirkəti istehsal edir və dövlətin özü də alır. Rusiyadan kənara heç bir müqavilə və ya ilkin sifariş yoxdur, ona görə qiyməti haqqında obyektiv məlumat bildirmək çətindir. Bəzi mənbələr 110 milyon dollar qiyməti olduğunu yazırlar. Mənim fikrimcə, maya dəyəri daha yuxarıdır. Fikrimin əsası ondadır ki, Su-57 təyyarəsi F-22 təyyarəsinə rəqib kimi layihələndirilib, F-35-ə rəqib kimi yox. F-35-in, bildiyiniz kimi, 85-105 milyon dollar arası qiyməti var. F-22 hazırda istehsal edilmir, ona görə qiymətindən danışmaq mümkün deyil. İstehsal edilən illərdə qiyməti 264 milyon dollara qədər müşahidə olunurdu”.

Ekspert bildirir ki, Su-57 2020-ci ildə Rusiya Silahlı Qüvvələrində istismara qəbul edilib. Dövlət proqramına əsasən, 2028-ci ilədək 76 təyyarə Silahlı Qüvvələrə verilməli idi, yəni ildə 9-10 təyyarə. “Müqayisə üçün, F-35 proqramı 2024-2028-ci illərdə bir ildə 156 təyyarə istehsalını nəzərdə tutur”, – o əlavə edib.

A.Məmmədov qeyd edir ki, hazırda Rusiya Silahlı Qüvvələrində və zavod inventarında, sınaq məqsədli nüsxələr və prototiplər daxil, cəmi 15 ədəd SU-57 olduğu bildirilir.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrində və zavod inventarında olan Su-57-lərin heç biri bu layihədə nəzərdə tutulan V nəsil təyyarə mühərriki ilə təmin edilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
moderator.az

1Mənbələr