AZ

Azərbaycanda boşanmalar daha çox bu aylarda olur – RƏQƏMLƏR

Azərbaycanda ötən il ən çox boşanma mart və may aylarında qeydə alınıb.

 

Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2023-cü ildə 21 688 boşanma olub. Bir ildə boşanma sayı 31,3 faiz və ya 5 705 vahid artıb. Aylar üzrə qeydiyyata alınan boşanma rəqəmlərindən görünür ki, mart və may aylarında aylıq boşanma sayı 2100 vahiddən çox olub.

 

Martda 2 104, mayda 2 120 boşanma baş verib. Bu aylarla yanaşı iyul (1 979 boşanma), avqust (1 934) və dekabrda da (1 927) boşanma sayları yüksəkdir. Ən az boşanma isə yanvar və iyunda qeydə alınıb. İlin ilk ayında 1 370, iyunda 1 591 boşanma faktı qeydə alınıb.

 

Ümumilikdə ötən ilin hər ayında düşən orta boşanma sayı 1 807 olub.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
1
sfera.az

2Mənbələr