AZ

Çin avtomobilləri üçün gömrük rüsumu artırıldı - FOTO

Türkiyədə Çindən idxal olunan istənilən nəqliyyat vasitəsi üçün gömrük rüsumları artırılıb. 
Avtosfer.az xəbər verir ki, ixrac avtomobillər üçün baza rüsumu 10% artırılıb. Ayrıca olaraq Çin maşınları üçün əlavə 40% rüsum tətbiq edilir. Bu da Çin istehsalı olan avtomobillərin miniumum 7 min dollar bahalaşmasına səbəb olacaq. 
Ötən günədək bu rüsum yalnız Çin elektromobillərinə şamil edilirdi. İndi isə qayda istisnasız olaraq Çin istehsalı olan bütün nəqliyyat vasitələrinə şamil ediləcək. 
Paralel olaraq, idxal edilən avtomobillərdə təhlükəsizliklə bağlı tələblər də ciddiləşib. 
Analitiklərin fikrincə, bu qərar yerli istehsalçıların xeyrinədir.

Vüqar

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
avtosfer.az

1Mənbələr