AZ

"Qazaxıtan millisi Azərbaycana qalib gəlməlidir"

style='margin-bottom:10px;'>

Qazaxıstanlı futbol veteranı Bulat Esmaqambetov ölkəsinin milli komandasının Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb.

QOL.az sport.kz-ya istinadən xəbər verir ki, o, hazırda Qazaxıstan millisinin üzvlərinin daha yaxşı formada olduğunu deyib:

“Azərbaycan çempionatı artıq başa çatıb. Bir çox azərbaycanlı futbolçu artıq mövsüm başa çatdıqdan sonra məzuniyyətə gedir və ya zədələrini bərpa edirlər. Qazaxıstanlı futbolçular daha yaxşı formadadırlar, çünki yerli çempionat davam edir. Fiziki və funksional baxımdan qazaxıstanlı futbolçular daha yaxşı hazırlaşmalıdırlar".

Bulat Esmaqambetov Qazaxıstan millisinin Azərbaycan komandasına qalib gəlməli olduğunu deyib: "Azərbaycan millisini yaxşı tanıyırıq, çünki bu komanda ilə bu yaxınlarda Millətlər Liqasında çıxış etmişik. Sonda Qazaxıstan qrupda birinci, Azərbaycan isə ikinci olmuşdu. Bu komandalarda Astana və Bakıdakı son oyunlarından sonra ciddi bir dəyişikliyin olduğunu düşünmürəm. Qazaxıstan son matçını səfərdə Ermənistanla keçiribsə, bu dəfə oyun neytral ərazidə baş tutacaq. Qazaxıstan Azərbaycanla Ermənistandan daha yaxşı oynayır. Düşünürəm ki, komandamız bu görüşdə qalib gəlməlidir”.

Qeyd edək ki, Qazaxıstan - Azərbaycan oyunu sabah keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
teleqraf.com

1Mənbələr