AZ

KomandaAzərbaycan millisinin baş məşqçisi: Komandamla fəxr edirəm

Bir daha deməliyəm ki, mən bu komanda ilə fəxr edirəm.

Bunu "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç deyib.

Mütəxəssis Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsinin qalibi olmaları barədə danışıb: "Bu, bizim üçün çox vacib turnir idi. Burada istəyimizə nail olduğumuz üçün şadam. Zədələrlə bağlı bəzi problemlər yaşamışdıq. Lakin qızlar yarışa hazır idilər, xüsusən də əqli cəhətdən. Onlar diqqətlərini cəmlədilər və niyə favorit olduğumuzu hamıya göstərdilər".

Baş məşqçi Avropa Kubokunun yaxşı yarışlardan biri olduğunu bildirib: "Çoxlu yaxşı komandalarla üz-üzə gələcəyik. Ona görə də maraqlı olacaq".

Ratomir Deliç Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmalarına da toxunub: "Olimpiada idmanla məşğul olan hər uşağın böyük arzusudur. Biz artıq o qədər yaxşı iş görmüşük ki, 8 ən güclü komandadan biriyik. Amma mən həmişə qalib gəlmək istəyirəm. Ona görə mümkün qədər yaxşı hazırlaşmalıyıq. Məğlubedilməz komanda yoxdur. Nəticə qazanmaq və yaxşı oyun sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Kağız üzərində favorit olmasaq belə, qalibiyyət üçün meydançaya çıxacağıq".

Qeyd edək ki, Paris Yay Olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Avropa Kubokunun final mərhələsi isə avqustun 22-25-də Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
far.az

1Mənbələr