AZ

Türkiyədə dəhşətli qəza - Ölən və yaralananlar var

Malatyada ağır avtomobil qəzası baş verib. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam saatlarinda Hüseyn Pekelin idarə etdiyi avtomobil naməlum səbəbdən idarəetməni itirərək dayanacaqda dayanan digər avtomobilə çırpılıb.

Hadisə yerinə dərhal tibbi, xilasetmə xidməti və hüquq mühafizə orqanları cəlb olunub. 

Qəzada xəsarət alanlardan 3 nəfərə ilkin tibbi yardim göstərilərək daha sonra xəstəxanaya yerləşdirilib. 

Lakin avtomobil sürücüsü göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Nərmin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
azxeber.com

1Mənbələr