AZ

Rusiyada neçə “Su-57“ qalıb: Aviasiya ekspertindən şok iddia

Rusların ona yaxın Su-57 qırıcısı var. Çünki sanksiyalara görə yenilərini istehsal edə bilmirlər.

News365.az Unian-a istinadən xəbər verir ki, bu barədə aviasiya eksperti və analitik Konstantin Krivolap “Kiyev 24” telekanalının efirində çıxışı zamanı deyib.  Onun sözlərinə görə, "bu bahalı təyyarələrin çoxlu nasazlıqları və çatışmazlıqları olsa da, bizim üçün kifayət qədər təhlükəlidir".

"Bu qırıcı Rusiya Federal Hava Nəqliyyatı "zəncirində" ən yüksək mövqeni tutur. O, Su-nun ən müasiri, ən yaxşısı sayılır. Bunlar həm də Su-27-nin ən yaxşı reinkarnasiyasıdır. Baxmayaraq ki, onlar 5-ci nəsil deyillər, amma həqiqətən çox təhlükəli bir təyyarədirlər. Təyyarələrimizə də hücumlar ediblər və itkilərimiz olub", - o qeyd edib.

Mütəxəssis onu da vurğulayıb ki, hazırda Ukrayna səmasında uçan bütün təyyarələr arasında ən az radarlara düşən təyyarədir. Onun fikrincə, aprel ayında Tripilya İES-də əməliyyat lan zaman bu, məhz düşmən Su-57-nin işi olub

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural

News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
news365.az

1Mənbələr