AZ

ABŞ Ali Məhkəməsi hakimlərinin gəlirləri və aldıqları hədiyyələr açıqlanıb

ABŞ Ali Məhkəməsi hakimlərinin ötənilki gəlirləri və aldıqları hədiyyələr açıqlanıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, hesabatda hakimlərin maaşları ilə yanaşı, kitab müəllifliyindən də böyük gəlirlər əldə etdiyi və çox bahalı hədiyyələr aldıqları məlum olub.

Hər il olduğu kimi, ABŞ Ali Məhkəməsinin doqquz hakimindən səkkizi əvvəlki ildə qazandıqları gəlir, xərc və hədiyyələri özündə əks etdirən ətraflı maliyyə hesabatlarını açıqlayıb. Hakim Samuel Alitonun hesabatı 90 gün uzadılmasını tələb etdiyi üçün açıqlanmayıb.

Maliyyə hesabatlarında hakim Braun Ceksonun Beyons konsertinə 3 min 711 dollar dəyərində 4 ədəd bilet aldığı əks olunub.

Hakim Tomasın 2019-cu ildə milyarder iş adamı Harlan Kroudan hədiyyə aldığı və həmin ilki hesabata əlavə etmədiyi Bali və Kaliforniyaya səfəri də 2023-cü il hesabatına əlavə olunub. Belə ki, daha əvvəl dünya gündəmində olan və tənqid edilən bu səyahətlərlə bağlı hakim Tomas onların bir növ qonaqpərvərlik hədiyyəsi olduğunu bildirib. 2019-cu il hesabatında səhvən ötürüldüyü bildirilən bu iki səfər bu il Tomasın hesabatına düzəlişlər kimi əlavə edilib.

Hakim Qorsuçun 250 min dollar kitab müəllifliyi qonorarı, hakim Kavanafın 340 min dollar müəlliflik qonanarı və hakim Braun Ceksonun kitabının nəşri üçün 893 min dollar alması da diqqəti çəkən detallardan olub.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
e-huquq.az

1Mənbələr