AZ

“Ölkədə vəziyyət Nikolun nəzarətindən çıxıb“ -keçmiş deputat

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı ölkədə ardıcıl mitinqlər keçirir, polislərlə radikallar arasında toqquşmalar baş verir. Yerli mediada proseslərin artıq nəzarətdən çıxması ölkədə inqilab ola biləcəyinə dair silsilə məqalələr dərc olunur. 

News365.az  xəbər verir ki, "Mamul"a açıqlama verən parlamentin keçmiş deputatı Gevorq Petrosyan iddia edib ki, ölkədə cərəyan edən siyasi proseslər daha kəskin hal alıb: “Vəziyyət Nikolun nəzarətində deyil, Situasiya baş nazirin nəzarətindən çıxıb. O artıq son ümid kimi polisdən istifadə etməyə məcbur qalıb. Vay Nikol, nə günlərə gəlib çıxdın..."

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural

News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
news365.az

1Mənbələr