AZ

"Napoli" və "Everton"da işləyəndən sonra məni qocalmış axmaq sayırdılar"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti hələ işinə olan həvəsini itirmədiyini deyib.

Fanat.Az xəbər verir ki, "Il Giornale" onun sözlərini belə çatdırıb:

"İşimə olan həvəsim, ehtirasım həmişəki kimidir. Mən oyunlarla yaşayıram. Bu, mənim işimdir. Hər zaman çətinliklərin öhdəsindən gəlməyə yardımçı olan daxili balansı qorumuşam. "Napoli" və "Everton"da işləyəndən sonra çoxları kölgəyə çəkildiyimi düşünür, məni artıq qocalmış axmaq sayırdılar".

Xatırladaq ki, Ançelotti 2013-2015-ci illər aralığında da "Real"ı çalışdırıb. 2021-ci ildə İspaniya nəhənginə qayıdan 65 yaşlı italiyalı geridə qalan mövsümdə La Liqanın və Çempionlar Liqasının qalibi olub.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
fanat.az

1Mənbələr