AZ

HƏMAS ABŞ-ı Qəzzada münaqişəni dayandırmaq üçün İsrailə təzyiq etməyə çağırır

ABŞ dövlət katibi Entoni Blinkenin bölgəyə səfəri ərəfəsində Fələstinin HƏMAS radikal hərəkatının yüksək səviyyəli nümayəndəsi Sami Əbu Zuhri Vaşinqtonu Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Vətəninfo.az  xəbər verir ki , bu barədə “The Times of Israel” məlumat yayıb.

“Biz ABŞ administrasiyasını Qəzza zolağında müharibəni dayandırmaq üçün işğalçıya təzyiq göstərməyə çağırırıq”, – Həmas sözçüsü bildirib.

O əlavə edib ki, hərəkat “atəşkəsi təmin edəcək istənilən təşəbbüsə müsbət münasibət göstərməyə” hazırdır.

İyunun 10-da ABŞ dövlət katibi Misir və İsrailə səfər edəcək. Blinken Yaxın Şərqə səfəri zamanı Qətər və İordaniyaya da səfər edəcək.

Bu, ABŞ dövlət katibinin 2023-cü ildən bəri Yaxın Şərq regionuna səkkizinci səfəridir. Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib, 1200 nəfəri öldürüb, 253 nəfəri əsir götürüb. İsrailin cavab hərbi əməliyyatları zamanı Fələstin anklavında qurbanların sayı 37 mini keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
veteninfo.az

1Mənbələr