AZ

Kobaxidze Ukraynanın Bərpası Konfransında iştirak edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Hökumət Administrasiyası yayıb.

Bildirilib ki, 11-12 iyun tarixlərində keçiriləcək beynəlxalq tədbirin məqsədi Ukraynanın bərpası, yenidənqurması, islahatları və modernizasiyası ilə bağlı beynəlxalq dəstəyi səfərbər etməkdir.

Dünya liderlərinin iştirak edəcəyi konfransda makroiqtisadi sabitlik, dayanıqlılıq və təhlükəsizlik, infrastruktur, enerji, ətraf-mühit, səhiyyə, təhsil və s. kimi məsələlərin müzakirə ediləcəyi qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
2
apa.az

3Mənbələr