Belçika milli komandasının heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Toma Mönye sıradan çıxıb.
"Trabzonspor"un futbolçusu Lüksembura keçirilən yoldaşlıq oyununda (3:0) zədələnib. Təcrübəli oyunçu yığmanın Avropa çempionatı üçün heyətindən çıxarılıb.
Qeyd edək ki, Belçika seçməsi Avro-2024-ün E qrupunda Ukrayna, Rumıniya və Slovakiya ilə mübarizə aparacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta