AZ

Etirazçı görüntüsü yaradan təxribatçı erməni polis kadrlara belə düşdü - VİDEO

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı ölkədə ardıcıl mitinqlər keçirir, polislərlə radikallar arasında toqquşmalar baş verir.

“Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları bu gecə səhərə kimi Baqramyan prospektində aksiya keçiriblər. Etirazçılar Ermənistan parlamentinin binası qarşısında çadırlar da qurublar. 

"Mamul" nəşri isə gecə saatlarında polislə etirazçılar arasında toqquşmaların baş verdiyini yazıb. Maraqlısı isə odur ki, saytlar polislərin təxribatçıları-öz həmkarlarını mülki geyimdə etirazçıların arasına salmasını yazırlar. Buna dair foto və videolar da dərc olunub. 

Məsələn "Mamul" Baqramyan prospektində vəziyyət gərginləşən zaman çəkilən videonu dərc edərək yazıb: "Kameralar qəfl arxa fonda davaya bənzəyən səs-küy gələn tərəfə yönəldildikdə kadrda Qor Xaratyan adlı mülki geyimli şəxs görünüb. O, polis əməkdaşı olduğunu təsdiqləyib. Vətəndaşlardan biri onun üstünə qışqıraraq deyib ki, "Sən təxribatçısan, niyə etirazçı adıyla sıralarımıza qoşuldun?”. Bundan sonra polislər təcili və qısa müddətdə mülki geyimli həmkarını mühasirəyə alıblar".

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
news365.az

1Mənbələr