AZ

Qarayara xəstəliyi nədir?- AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda daha iki nəfərin qarayara xəstəliyinə yoluxduğu təsdiqlənib. Bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb. Bəs bu xəstəliyin əsas əlamətləri hansılardır? Yoluxma riski nə dərəcədədir? Qarşısını almaq üçün nə etməliyik? 

Mövzu ilə əlaqədar həkim-infeksionist Gülnar Axundzadə ilə əlaqə saxladıq.  

O, Missiya.Az-a açıqlamasında bildirdi ki, qarayara xəstəliyinin əlamətlərinə ilkin mərhələdə dəridə rast gəlinir. Hansı ki, heyvanla təmas etmə nəticəsində yaranan xəstəlikdir:

“Bu yaralar əvvəlcə adi sadə qızartı formasında yaranır, daha sonra yara nahiyəsi böyüyür, ödemləşir, şişir. Sonra yaranın ortası qaralır, kənarları qırmızı rəngdə olur və bu yara sağalmır.  Əsas əlamətlərindən biri kimi getdikcə ətraf toxumaların verdiyi şişkinlik qızartı artmağa başlayır. Bəzən qarayara xəstəliyinə cərrahi müdaxilə edilir. Lakin bu düzgün deyil. Qarayaraya cərrah toxunmamalıdır, ümumiyyətlə, cərrahi heç bir müdaxilə edilməməlidir”. 

Həkim qeyd etdi ki, qarayara yoluxucu xəstəlikdir, təmasla keçən zoonoz infeksiyadır. Qarşısını almaq üçün ilk növbədə...

“Heyvanlarda baytarlıq nəzarəti olmalıdır, çünki heyvandan insana keçir.  Lakin insandan insana da təmas yolu ilə keçə bilər. Xüsusi təhlükəli infeksiyalar qrupuna aiddir. Ağır hallarda ölüm ilə nəticələnə bilər. Bu xəstəliyin biz daha çox dəri forması ilə rastlaşırıq, amma ağ ciyər forması və mədə-bağırsaq forması var ki, onların gedişatı daha ağırdır və sürətli şəkildə ölümə səbəb olur.  Müalicəsində də antibiotik istifadə olunur, bu müalicədən də xəstələrdə yaxşı nəticələr əldə etmək olur”.

Həkim onu da bildirdi ki, xəstəliyə yoluxan insanlarda dəridə qara ləkədən əlavə, yüksək hərarət, halsızlıq, zəiflik, temperatur düşməsi baş verir.Belə hallar baş verən zaman mütləq həkimə müraciət olunmalıdır.

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
missiya.az

1Mənbələr