AZ

Azərbaycan və Misir İslam həmrəyliyinin möhkəmlənməsinə fəal töhfə verirlər- ÖZƏL

"Azərbaycan və Misir enerji, kənd təsərrüfatı, əczaçılıq, sənaye və nəqliyyat kimi sahələrdə əməkdaşlıq üçün böyük potensial görürlər. 100 milyondan çox əhalisi və əlverişli strateji yeri ilə Misir Afrika, Yaxın Şərq və digər regionları birləşdirən mühüm bazar və nəqliyyat mərkəzidir".

"Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin üzvü Rəşad Mahmudovun sözlərinə görə, Prezident İlham Əliyevin Qahirəyə səfəri zamanı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə töhfə verə biləcək konkret layihələr və təşəbbüslər ətraflı müzakirə olundu: "Danışıqların mühüm nəticəsi kimi birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün bir sıra konkret addımlar barədə razılığın əldə olunmasını göstərmək olar. Səfər zamanı dini-mənəvi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirildi. Prezident İlham Əliyevin Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əl Tayyib ilə görüşu də mühüm məqamlarla yadda qaldı. Bu görüşdə din və mənəviyyat sahəsində əməkdaşlığın vacibliyi vurğulandı. Azərbaycan və Misir dövrümüzün qlobal çağırışları kontekstində mühüm əhəmiyyət kəsb edən İslam həmrəyliyinin möhkəmlənməsinə və mötədil İslamın inkişafına fəal töhfə verirlər. Görüş hər iki tərəfin tolerantlıq, qarşılıqlı anlaşma və əməkdaşlıq ideallarına sadiq olduğunu göstərdi və xalqlarımız arasında mənəvi-mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş yeni layihə və təşəbbüslərin əsasını qoydu".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
olaylar.az

1Mənbələr