AZ

Taksi islahatı fərdi avtomobillərin sayını artıracaq - Ekspert

Son günlər yeni qaydaların tətbiqi ilə əlaqədar olaraq taksi qiymətlərinin bahalaşması əhalinin narazılığa səbəb olub. Bu xidmətdən istifadə edənlər qiymətin 50 faizdən də çox bahalaşdığını bildirirlər. Digər tərəfdən, taksi sifariş verənlər uzun müddət gözləməli olurlar. Buna səbəb yeni qaydaların tətbiqindən sonra taksi sayının azalmasıdır.

Qeyd edək ki, bəzi ekspertlər iyunun 1-dən yeni qaydaların tətbiqinin şəhərdə nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcəyini, tıxacların qismən azalmasına səbəb olacağını bildirirdilər.

Maraqlıdır, taksi sayının 3 dəfə azaldılması paytaxtda nəqliyyat sıxlığına necə təsir göstərib?



Bakupost.az -ın sualını nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov cavablandırıb.
O, hələlik taksi sayının azalmasının müşahidə edilmədiyini bildirib:

"Yayda şəhərdə onsuz da avtomobil azalır, təhsil ocaqları tətildə olur. Taksi sayının azalmasının əks-təsiri də ola bilər. Çünki taksi sayı azaldıqca, insanlar fərdi avtomobillərə üstünlük verəcəklər. Vətəndaş ucuz qiymətə köhnə maşın alıb sürəcək. Bununla da avtomobil sayı azalmaq əvəzinə, arta bilər”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
bakupost.az

2Mənbələr