AZ

Fransada enerji işçiləri Olimpiya oyunları zamanı tətil edəcəkləri ilə bağlı xəbərdarlıq ediblər

Fransada

Paris, 10 iyun, AZƏRTAC

Fransanın Mədən və Enerji Milli Federasiyasının (FNME- CGT) Enerji həmkarlar ittifaqı Olimpiyaoyunları zamanı - iyunun 14-dən sentyabrın 13-dək tətil edəcəkləri ilə bağlı xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, federasiyanın məlumatına əsasən artıq iyunun 20-nə səfərbərlik elan edilib.

“Heç nəyi qadağan etməyəcəyik”, - deyə xəbərdarlıq edən federasiyanın baş katibi F.Kudur tətilin 14 iyundan başlayacağını bildirərək, Olimpiya oyunları zamanı elektrik enerjisində fasilələr yaranacağını istisna etməyib.

Elektrik sektoru işçilərinin məvacibinin az olmasını xatırladan F.Kudur əlavə edib ki, 12 milyon insanın enerji baxımından həssas vəziyytədə olduqlarını (səhhətləri ilə bağlı elektriklə çalışan aparatlardan asılılıq) və elektrik kəsilmələrinin onların həyatına təsir edəcəyini diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
azertag.az

1Mənbələr