AZ

Hərbçilər komandirlərin məsuliyyətsizliyi ucbatından İTKİN DÜŞÜR- AÇIQLAMA

Hərbçilər komandirlərin məsuliyyətsizliyi ucbatından İTKİN DÜŞÜR- AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. Erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyini yazıb. "Sputnik Ermənistan" bildirib ki, hərbçimiz Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb. Məlumatı rəsmi olaraq hələlik nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti təsdiqləyib.

Artıq neçənci dəfədir ki, hərbçilərimiz yolunu azaraq itkin düşür. Bəs hərbçilərin itkin düşərək yolu azmasında məsuliyyət kimin üzərindədir? Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Baş vermiş hadisə hər birimizi narahat edir. O, bildirib ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun ərazisində yaşanan ilk hadisə deyil:

"Ötən müddətdə bizim üç əsgərimiz bu ərazidən yolu azaraq Ermənistan tərəfinə keçmişdir. Sonuncu dəfə Aqşin Bəbirov və Hüseyn Axundov ilə bağlı çox böyük narahatlıqlar oldu. Onlara qarşı qondarma cinayət işi qaldırıldı. Amma şükürlər olsun ki, Azərbaycan dövləti əsgərinə sahib çıxdı və nəticədə ermənilər qondarma cinayətləri ləğv etdilər. Əsgərlərimiz Azərbaycana geri qaytarıldı. İndi də əsgərimiz Ermənistan tərəfə yolu azaraq keçib. İlkin məlumat hal-hazırda budur. Rəsmi məlumat olmasa da yenə də təxmin edirəm ki, yəqinki hava şəraiti ilə bağlı bu hadisə baş verib. Gümrü yaşayış məntəqəsi istiqaməti bir müddət ermənilərin nəzarətində olub. Ötən illərdə Azərbaycan Ordusu əməliyyat keçirərək həmin əraziləri nəzarətə götürüb. Yəqinki aşağı komandirlərin - bölük yaxud manqa səviyyəsində olan komandirlərində məsuliyyəti var. Bununla bağlı araşdırmalar aparılacaq".

Ekspertin sözlərinə görə, gələcəkdə belə halların baş verməməsi üçün ciddi addımlar atılmalıdır. Yəqinki kiçik komandirlərin məsuliyyətsizliyi ucbatından bu hal baş verib:

"Əlbəttə ki, buna hüquqi qiymət verilməlidir. Keçən ildə bizim iki əsgər ilə bağlı bildirdim ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı baş vermiş hadisələrdən ciddi nəticə çıxarmalı idi. Əfsuslar olsun ki, bəlkə də daxildə hansısa bir addımlar atılıb. Geniş ictimaiyyətə bu haqda məlumat verilməyib. Bu cür halların qarşısı alınmalıdır. Komandirlər son dərəcə ehtiyatlı olmalıdır. Mən başa düşürəm ki, təbiətin özünün bəzi qanunauyğunluqları var. Dumanlı hava şəraiti olub və yolu azmaq ehtimalı var. Nə olursa olsun, elə etməliyik ki, əsgərimiz düşmən tərəfə keçməsin və ermənilərdə bundan bizə qarşı istifadə etməsin. Hər halda ümid edirəm ki, yaxın saatlarda xoş niyyət nümayiş etdirərək Azərbaycana qaytaracaq. Onların əsgərimizi qaytarmamağı üçün heç bir əsas yoxdur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
sonxeber.az

1Mənbələr