AZ

Populistlərin qələbəsi. Sağa dönüş Avropa üçün nə deməkdir?

Almaniyada Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrindən sonra sağçı Almaniya üçün Alternativ Partiyası mühafizəkar CDU/CSU-dan sonra ikinci ən güclü partiya oldu. Avstriyada "Aİ-nin dəliliyini dayandırın” devizi ilə çıxış edən Azadlıq Partiyası ən çox səs toplayıb. Fransada Marin Le Penin "Milli Birliyi” prezident Emmanuel Makronun partiyasından iki dəfə çox səslə seçkilərdə qalib gəlib. İtaliyada da baş nazir Corciya Meloninin rəhbərlik etdiyi sağçı millətçi İtaliya Qardaşları partiyası qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Almaniyanın ünlü "BILD” nəşri Avropanın gələcəyi üçün sağa meyillənmənin nə demək olduğunu izah edir. 

Miqrasiya. Brüssel Aİ-nin sığınacaq verilməsi ilə bağlı müqavilələrinin (o cümlədən Dublin qaydası) faktiki olaraq işlək olmadığını etiraf etməli olacaq. Nəticədə Aİ-nin sığınacaq paketinə yenidən baxılması ilə bağlı müzakirələr qaçılmaz olacaq. Əsas variantlardan biri "Frontex" xarici sərhəd təhlükəsizliyi agentliyinin daha çox əsgəri ilə daha sərt sərhəd rejimi və Aİ daxilində sərhədlərdə nəzarətdir.

Ukrayna. Bir çox sağçı partiyalar Ukraynanın Rusiya ilə müharibədə dəstəyini tənqid edir. Almaniyada Almaniya üçün Alternativ və Sara Vaqenknext alyansı bu mövqedən çıxış edərək, Ukraynanı dəstəkləmək əvəzinə sülh danışıqlarının aparılmasını tələb edirlər.

Yaşıl keçid. Siyasi analitiklər ümumi fikirə gəlirlər ki, Avropa Komissiyasının Ursula fon der Lyayenin rəhbərliyi altında həyata keçirdiyi "yaşıl” siyasət Avropada seçicilərin məyus olmasına töhfə verib. İndi Aİ Komissiyası kursunu dəyişməli və sol-yaşıl çoxluğa deyil, sağçı qüvvələrin dəstəyinə arxalanmalı olacaq.

Aİ-nin genişlənməsi. Ukrayna, Kosovo, Albaniya, Bosniya və Herseqovina, Serbiya, Gürcüstan və Türkiyə də daxil olmaqla 10 ölkə Aİ-yə üzv olmaq üçün növbəyə durublar. Avropa Parlamentindəki sağçı populistlər bu ölkələrin Aİ-yə daxil olmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəklər. Bunun fonunda Avropa Komissiyası sağçı partiyaların nümayəndələri ilə xüsusilə şiddətli mübarizə aparmalı olacaq.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
qaynarinfo.az

1Mənbələr