AZ

Fənərbaxça-da 3-cü Ali Koç dövrü

Fənərbaxça Klubunun tarixi seçkisi baş tutub.

News24.az xəbər verir ki, Ülker Stadionunda keçirilən ümumi qurul yığıncağı üçün səhər tezdən stadiona gələn üzvlər uzun növbələr meydana gətirərək sıx iştirak göstəriblər.

Əziz Yıldırım və Əli Koçun yarışdığı seçkilərlə birlikdə adi ümumi kurulda səsvermə saat 17.00-da başa çatıb.

Koçun bülletenlərinin sarı, Yıldırımın bülletenlərinin ağ olduğu seçkidə 46 min 410 üzv səsvermə hüququna malik olub. Haqqını ödəməyənlər bu rəqəmdən kənarlaşdırılanda 33 min üzvün seçkiyə gələcəyi gözlənilib.

Ümumilikdə 27 mindən çox rekord səslə Koç 27 nömrəli, Yıldırım isə 45 nömrəli seçki qutusunda səs verib.

Qeyd edək ki, 2018-ci ildə Koç-Yıldırım yarışında 21 min səs verilib.

Səsvermə NƏTİCƏSİ

Verilən səslərin sayı: 27 489

Cəmi etibarlı səslər: 26 947

Ali Koç: 16,464

Əziz Yıldırım: 10,483

Fərq: 5,981

Seçkidən sonra Yıldırım Koçun prezident olduğunu elan edib. Şura sədri Vəfa Küçük də Koçun seçkiləri qazandığını açıqlayıb.

Beləliklə, Fənərbaxçada 3-cü Əli Koç dövrü başlayıb.

Günel Məlikzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
news24.az

1Mənbələr