AZ

“Hakimiyyəti itirəcəyimizdən narahat deyilik” - Paşinyanın deputatı

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı ölkədə ardıcıl mitinqlər keçirir, polislərlə radikallar arasında toqquşmalar baş verir. Yerli mediada proseslərin artıq nəzarətdən çıxması ölkədə inqilab ola biləcəyinə dair silsilə məqalələr dərc olunur. 

Bu gün isə hakim partiyadan olan deputat David Aruşavanyan jurnalistlərə diqqət çəkən açıqlamalar verib. O, Paşinyanın komandasından ilk şəxs olub ki, hakimiyyətdən getmək barədə danışıb: “Biz bir qədər gec hakimiyyətə gələcəyimizdən və ya hakimiyyəti itirəcəyimizdən narahat deyilik. Demokratik ölkədə aşkar və ədalətli seçkilər olur. Əgər insanlar 2026-cı ildə hökumət qurmayacağımıza qərar verəcəklərsə, o zaman qorxacaq heç bir şeyimiz yoxdur”, - o əlavə edib.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
news365.az

1Mənbələr