AZ

BiznesDeputat: “Misirlə əməkdaşlıq Azərbaycanın qeyri-neft ixracı üçün yeni imkanlar yaradacaq”

Misirlə əməkdaşlıq Azərbaycanın qeyri-neft ixracı üçün yeni imkanlar yaradacaq.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Misir regionun böyük bazarlarından biridir və istehlakçı sayı kifayət qədər çoxdur. “Eyni zamanda bu ölkə vasitəsilə digər dövlətlərə məhsulların ixrac edilməsi imkanları var. Bu baxımdan Azərbaycanla Misir arasında, xüsusən də qeyri-neft sektorunda əməkdaşlıq imkanları genişdir. Misir Azərbaycan sahibkarları üçün yeni bazardır. Bu bazar məhsulların ixrac edilməsindən əlavə, iki ölkə arasında ticarət dövriyyəsinin artması, Azərbaycanda qeyri-neft ixracında yüksəlişin əldə edilməsi, həmçinin Misir vasitəsilə digər yaxın Şərq, hətta bir sıra Afrika ölkələrinin bazarlarına çıxış imkanı deməkdir”.

Deputat qeyd edib ki, Azərbaycan ilə Misir arasında iqtisadi sahədə kifayət qədər ciddi potensial var: “Son illər iki ölkə arasındakı ticarət dövriyyəsində cüzi dəyişikliklər müşahidə olunsa da, bu ildən etibarən iqtisadi əlaqələr ciddi şəkildə dərinləşib. Belə ki, 2022-ci ildə 16,2 milyon ABŞ dolları olan xarici ticarət dövriyyəsi ötən il 13,6 milyon ABŞ dollarına bərabər olub. Bu ilin ilk rübündə ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artım qeydə alınıb. Belə ki, yalnız 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan ilə Misir arasındakı ticarət dövriyyəsi 14,9 milyon ABŞ dolları olub. Bu o deməkdir ki, ölkələr arasındakı bu ilki rüblük dövriyyə ötən ilki ümumi dövriyyədən daha çox olub. Bu isə münasibətlərin inkişaf dinamikasını göstərir”.

Tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensialın olduğunu diqqətə çatdıran V. Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı təşkil edilən müzakirələrin bu imkanlardan daha çox faydalanmağa şərait yaratdığını vurğulayıb.

O bildirilib ki, bu baxımdan Azərbaycan Prezidentinin Misirə səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
far.az

1Mənbələr