AZ

Azərbaycan olaraq dünyada hər zaman haqqın yanında durmağa çalışdıq- ÖZƏL

"Dünya 1991-ci ildən yeni bir mərhələhə qədəm qoydu. Belə ki, artıq "soyuq müharibə" terminologiyası siyasi ədəbiyyatdan çıxmış və dünya artıq yeni reallıqlarla qarşı-qarşıya qalmışdır". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycanın müstəqilliyinin ilk illəri də elə bu illərə düşdü. Təəssüflər oldun ki, Azərbaycanın ilk illərindəki siyasi qüvvələr bu tarixi reallığı çox da yaxşı başa düşə bilmədilər. Bəzən bir və ya bir neçə ölkə ilə sadəcə sıx təmas və digər həm region həm də beynəlxalq güclərin təzyiqinə məruz qalmaq siyasətini həyata keçirdi. Mərhum Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, cənab Prezident İlham Əliyevin davam etdirdiyi xarici siyasət kursu nəticəsində Azərbaycan yeni siyasi terminologiyanı qavramış bir ölkəyə çevrildi. Belə ki, biz sadəcə bir qrup və ya ölkələrin siyasi maraqlarından çıxış etmədik. Azərbaycan olaraq sadəcə öz maraqlarımızdan çıxış etdik və dünyada hər zaman haqqın yanında durmağa çalışdıq. Dünyada müxtəlif imperialist revizionist qüvvələr var. Bu qüvvələrin planına alət olmamaq üçün öz siyasi xəttimizi bildirməliydik. Bu gün Qarabağ zəfərimiz, Azərbaycanın COP29 kimi uğurlu beynəlxalq tədbiri həyata keçirmək lisenziyası alması elə bu siyasətin bir təcəssümüdür. Dünyada Şərq, Qərb blokunun da, digər blokların da öz maraqları var. Bu blokların birinə daxil olduqda avtomatik o blokların maraqlarını yerinə yetirmək məcburiyyətində qalırıq. Ancaq bizim balanslı xarici siyasətimiz hər zaman iki tərəflə də bizim faydamıza olan siyasəti həyata keçirməyə imkan verir".

Zeynəb Rzayeva, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
olaylar.az

1Mənbələr