AZ

İran Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması üçün təxmini zamanın müəyyənləşdiyini iddia edib

Azərbaycanın İrandakı səfirliyinin diplomatik missiyasının yenidən başlaması üçün təxmini zaman müəyyənləşib.

Olaylar-ın məlumatına görə, bu iddia ilə bu gün (10 iyun) İranın XİN mətbuat katibi Nasir Kənani Tehranda keçirilən mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinin yenidən başlanması üçün hazırlıq işləri görülməkdədir.

Xatırladaq ki, 27 yanvar 2023 tarixdə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində Səfirliyin bir diplomatı şəhid olub, 2 diplomatı isə yaralanıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
83
4
olaylar.az

4Mənbələr