AZ

Gürcüstan Ukraynanın bərpa konfransına qatılır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyunun 11-12-də Berlində Almaniya və Ukrayna tərəfindən keçirilən Ukraynanın bərpasına dair beynəlxalq konfransda iştirak edəcək.

Gürcüstanın Baş nazirini səfərdə xarici işlər naziri İlia Darçiaşvili və hökumət aparatının rəhbəri Levan Joliani müşayiət edəcək.

Konfransda 60 ölkədən 2000-ə yaxın insanın - hökumətlərin, işgüzar dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak edəcəyi güman edilir.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra “Ukraynanın Bərpa Konfransı” ikinci dəfə təşkil olunur. İlk belə tədbir ötən il iyunun 21-dən 22-dək Britaniyanın paytaxtı Londonda baş tutub.

Müharibə başlayandan sonra Kiyevlə Tbilisi arasında münasibətlərdə müəyyən gərginlik yaranıb. Çünki Gürcüstan Rusiyanın təcavüzünü pisləməsinə, Ukraynanın ərazi bütövlüyünü tanıdığını vurğulamasına baxmayaraq, Rusiya əleyhinə sanksiyalara qoşulmaqdan imtina edib.

Bu yaxınlarda Kobaxidze Ukraynanı “dağılmış ölkə” adlandıraraq, fəlakətin səbəbinin Kiyevdəki “Maydan” olduğu bəyan edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
azpolitika.info

1Mənbələr