AZ

"Erməni müxalifəti parlament seçkilərində revanş götürmək istəyəcək" - Politoloq

"Ermənistan müxalifətinin 9 iyun mitinqi təbliğata və edilən çağırışlara rəğmən gözlənilən effekti vermədi və bununla da hərəkatın bitdiyini ortaya qoydu”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri erməni müxalifətinin bazar günü İrəvanın mərkəzində təşkil etdiyi mitinqin nəticələrini şərh edərkən deyib.

"Ancaq hiss olunur ki, müxalifət adına başlanan bu hərəkatın stabil bir elektoratı var. Doğrudur, bu elektorat çoxsaylı deyil. Sadəcə, əvvəlki "Qarabağ klanı”na nisbətən artımda olan stabil bir elektorat formalaşıb. Bu da gələcək parlament seçkilərində müxalif düşərgənin mövqelərini möhkəmləndirir. Ancaq nəticə etibarı ilə 9 iyun mitinqi müxalifətin çarəsizliyini ortaya qoydu. Parlament baş nazir Nikol Paşinyanı istefaya göndərə bilmədiyi üçün 9 iyun mitinqində bu məsələ ilə bağlı konkret 3 şərt və tələb irəli qoyulub. Bu isə acizlk və çarəsizlikdir. Bunu edə bilsəydilər bu qədər insanı küçələrə sürükləməyə də ehtiyac qalmazdı. Üstündən 2 ay keçəndən sonra yenidən parlamentə qayıtdılar və bu dəfə müraciət təkcə parlamentdə müxalifətin təşkil etdiyi üçdə birə malik deputatlara deyil, həmçinin hakim partiya deputatlarına da edilir. Lakin anlamırlar ki, hakim siyasi elitada hər hansı bir parçalanma yoxdur”, deyə Natiq Miri bildirib.
 


Ekspert deyir ki, belə vəziyyətdə parlamentdəki hakimiyyət nümayəndələrinin müxalif düşərgənin təşəbbüsünü müdafiə edəcəyi qətiyyən gözlənilmir: 

"Erməni müxalifəti sadəcə olaraq, ağalarından aldığı milyonlarla dolları hesabatlı olaraq göstərmək üçün bu cür hansısa etiraz yönündə dalğa və polislə toqquşmaları gözə soxurlar. Hətta onlar bundan sonra bəzi digər radikal addımlar, bir neçə vətəndaşın qətlə yetirməsini də təşkil edə və bu yolla süni ajiotajla etirazlara qoşulmayan əksəriyyəti də prosesə cəlb etməyi düşünə bilərlər. 9 iyun mitinqi əvvəlkilərindən daha zəif olması ilə seçildi. Bu da dolayısı ilə başlanan hərəkatın bitdiyini və inamsızlığı göstərir”. 

Qeyd edək ki, iyunun 9-da Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın başçılığı altında "Vətən uğrunda Tavuş” İrəvanın mərkəzində növbəti aksiya təşkil edib. 

Rüfət Sultan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
qaynarinfo.az

1Mənbələr