Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Məsələn, işıqların sönməsi, seçki prosesi zamanı kompüterlərdə yaranan problemlər Qərbin Avropa institutlarının seçki prosesini təşkil etməkdə natamamlığını və acizliyini növbəti dəfə nümayiş etdirmiş oldu. Lakin bütün bu faktorlarla yanaşı xüsusi qeyd etmək lazımdır ki, Avropada gözlənilən oldu, yəni radikal sağın və ifrat aşırı milliyyətçilərin hakimiyyət kürsülərinə gəlməsi prosesi baş verdi ki, bu bütün insanlıq adına heç də yaxşı bir şey vəd eləmir və gələcəkdə problemlərin əsasını qoymuş olur. Çünki Qərbdə artan islamofobiya meyilləri onsuz da ciddi narahatlıq yaradırdı. İndi radikal sağın seçkilərdə belə böyük nəticələr qazanması əlbəttə ki, islamfobiyanın və miqrantlara qarşı dözümsüzlük siyasətinin daha da artacağını göstərir".
Zeynəb Rzayeva, Olaylar.az