AZ

Bu proses Qərbin Avropa institutlarının seçki prosesini təşkil etməkdə acizliyini növbəti dəfə nümayiş etdirdi- ÖZƏL

"Avropa Parlamentində keçirilən seçkilər zamanı böyük problemlər qeydə alındı. Ümumiyyətlə, demokratiyadan və normal seçki hüququndan danışan Qərb dövlətləri növbəti dəfə seçkiləri qüsursuz və mükəmməl şəkildə keçirə bilmədiyini nümayiş etdirmiş oldu".



Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Məsələn, işıqların sönməsi, seçki prosesi zamanı kompüterlərdə yaranan problemlər Qərbin Avropa institutlarının seçki prosesini təşkil etməkdə natamamlığını və acizliyini növbəti dəfə nümayiş etdirmiş oldu. Lakin bütün bu faktorlarla yanaşı xüsusi qeyd etmək lazımdır ki, Avropada gözlənilən oldu, yəni radikal sağın və ifrat aşırı milliyyətçilərin hakimiyyət kürsülərinə gəlməsi prosesi baş verdi ki, bu bütün insanlıq adına heç də yaxşı bir şey vəd eləmir və gələcəkdə problemlərin əsasını qoymuş olur. Çünki Qərbdə artan islamofobiya meyilləri onsuz da ciddi narahatlıq yaradırdı. İndi radikal sağın seçkilərdə belə böyük nəticələr qazanması əlbəttə ki, islamfobiyanın və miqrantlara qarşı dözümsüzlük siyasətinin daha da artacağını göstərir".

Zeynəb Rzayeva, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
olaylar.az

1Mənbələr