AZ

“Azərbaycan-Misir əlaqələri qlobal sülh və təhlükəsizliyə müsbət təsir göstərir” - ŞƏRH EDİLDİ

“Misir İslam coğrafiyası, ərəb və bütövlükdə Şərq dünyasında, habelə Afrika qitəsində ciddi nüfuz sahibi olan beynəlxalq subyektdir. Azərbaycan isə yaratdığı geosiyasi reallıqla bütövlükdə regionda yeni parlayan hərbi-siyasi kimi güc mərkəzi kimi özünü təsdiq edib. Bu mənada, Azərbaycan Respublikası və Misir Ərəb Respublikasının əlaqələrinin müsbət dinamikası qlobal sülh və təhlükəsizliyə müsbət təsir effekti perspektivinə malikdir. Bildiyiniz kimi, Azərbaycan və Misir BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında və digər beynəlxalq formatlarda sıx əməkdaşlıq edir və demək olar ki, bütün məsələlərdə bir-birini dəstəkləyir. Qütbləşmənin dərinləşdiyi, Qərbin bir sıra imperialist dairələrinin daha da azğınlaşdığı bir dövrdə Azərbaycan və Misirin münasibətləri daha da dərinləşdirməsi zərurətə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında tarixi xarakter daşıyan və Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Misirə səfəri ilə müasir mərhələsinə qədəm qoymuş əlaqələrdə tamamilə yeni səhifədir: “Bildiyiniz kimi, 2023-cü ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisi də Azərbaycana rəsmi səfər etmiş, Bakıda ciddi təmaslar həyata keçirilmişdi. Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri eyni zamanda Bakı-Qahirə əlaqələrinin ticari-iqtisadi istiqamətlərdə inkişafında dönüş nöqtəsi hesab oluna bilər. Azərbaycan və Misir arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük və real potensial var”.

Millət vəkili sözlərinə davam edərək bildirib ki, Misir digər regionlara əlverişli çıxış imkanlarına malik strateji coğrafiyada yerləşən nəhəng dövlətdir: “Azərbaycandan isə möhtərəm Prezidentin də bildirdiyi kimi, "həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Habelə Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır". Təbii ki, bütün bunlar hər iki ölkənin və xalqlarımızın maraq və mənafelərini əhatə edən münasibətlərin yeni səviyyəsini gündəmə gətirir. Möhtərəm Prezidentin səfəri çərçivəsində bu təmasları, Azərbaycan və Misirin əlaqələrinin digər bir istiqaməti, ölkələrimiz arasında islam həmrəyliyinin güclənməsinə töhfələrini xüsusi qeyd etmək yerinə düşər. Xüsusən cənab Prezidentin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü ölkələrimizin bütövlükdə dünyada islam həmrəyliyinin möhkəmlənməsinə və mötədil islamın inkişafına mühüm töhfəsi sayıla bilər”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
1
sia.az

2Mənbələr