AZ

Naxçıvanda hərbi vəzifəlilərin təlim toplanışı keçirilir (VİDEO)

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Ordunun 2024-cü il üçün hazırlıq planınaəsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininNaxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə birgə tədbirlərçərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlbedildiyi təlim toplanışı keçirilir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindənbildirilib.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan vəhəkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminatnövləri ilə təmin olunublar.

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədihərbi hissələrin döyüş qabiliyyətinin daimi yüksək səviyyədəsaxlanılması, səfərbərlik zamanı və müharibə (silahlı münaqişə)dövründə ordu sıralarına ehtiyatdan hazırlıqlı şəxsi heyətinçağırılması, eyni zamanda hərbi vəzifəlilərin döyüş vərdişlərini,hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, habelə silahlanmayaqəbul edilmiş müasir silah və texnikanın istismar qaydalarınıöyrətməkdən ibarətdir.

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığısəviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarınıntəkmilləşdirilməsi məqsədilə müxtəlif ixtisaslar üzrə nəzəri vəpraktiki məşğələlər keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
41
az.trend.az

10Mənbələr