AZ

Bu ölkə yumurta idxalını qadağan etdi

Qida təhlükəsizliyini təmin etmək məqsədilə Qırğızıstan hakimiyyəti altı ay müddətinə ölkəyə toyuq yumurtasının idxalına qadağa qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq qərar respublikanın Nazirlər Kabineti tərəfindən imzalanıb.

“Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, daxili bazarın normal fəaliyyəti üçün ərzaq məhsullarının bazar qiymətlərinin sabitləşdirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarı ilə təzə toyuq yumurtasının idxalına 6 ay müddətinə müvəqqəti qadağa qoyulub” - bəyanatda deyilir.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
iqtisadiyyat.az

2Mənbələr