AZ

Qarayaranın əlamətləri və ondan qorunma yolları - Doğru MƏLUMAT

Son günlər Zaqatalada qarayara xəstəliyinə yoluxanların olması ilə bağlı xəbərlər bu gün öz təsdiqini tapıb. Sağlamolun.az bu dəfə qarayaranın əlamətlərini və qorunma yollarını araşdırıb:
Qarayara daha çox xəstə heyvan və insanların olduğu yerlərdə yaranır. Xəstəlik daha çox heyvanlarda əmələ gəlir və onlardan isə insanlara yayılır.   Çox vaxt bu xəstəliyə yoluxan heyvanlar ölür. Sürü halında olan heyvanlardan birində bu xəstəlik varsa, kütləvi olaraq digər heyvanlar da yoluxur. Elə heyvanlar var ki, Qarayaraya qarşı daha dözümlüdürlər. Bu xəstəlik olduqca ağırdır və bir neçə forması var. Ən çox yayılan növü isə dəri formasıdır. Bu zaman dəridə yaralar yaranır. Məsələ təkcə bu yara ilə qurtarmır. Daha sonra törədici orqanizmdə daha dərin fəsadlara səbəb olur. Bu isə sonda ölümlə nəticələnə bilər.  Həkimlərin sözlərinə görə, müvafiq sturukturlar bu işi yerində lokallaşdırmalı, lazımlı tədbirlər görülməli, xəstə olan heyvanlar məhv edilməlidir. Həmçinin, xəstəliyə yoluxan insanlar xüsusi karantin rejimində müalicə almalıdır. İnfeksiyanın daha genişmiqyaslı yayılmasının qarşısı alınmalıdır.  Xəstəliyə yoluxan insanların dərisində qara ləkə əmələ gəlir. Bundan sonra həmin şəxslərdə yüksək hərarət, halsızlıq, zəiflik, temperatur düşməsi baş verir. Xəstəliyə ciddi yanaşılmasa, dərhal müalicə olmasa, bu hal ölümlə nəticələnə bilər.  Mütəxəssislər bildirir ki, əgər ev heyvanlarında belə bir xəstəliyin olduğundan şübhə varsa və həmin heyvanlarla kontaktda olunubsa, mütləq həkimə müraciət olunmalıdır. 

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
saglamolun.az

1Mənbələr