Avropa Parlamenti seçkilərində Fransada sağçıların böyük fərqlə birinci olmasından sonra prezident Makron parlamenti buraxdı və Fransa bazarlarını silkələyən növbədənkənar seçkilər keçirmək qərarına gəldi.

İndex.az xəbər verir ki, Fransada “CAC 40” birjası bu səhər 2,4% ucuzlaşıb.

Bu, 6 iyul 2023-cü ildən bəri ən böyük azalma kimi qeydə alınıb.

Birjada ucuzlaşmaya banklar başçılıq edib.

“BNP Paribas” 8%, “Societe Generale” 6%, “Vinci” 6% və “Credit Agricole” 4% ucuzlaşaraq itkilərə liderlik ediblər.

Ölkədə 10 illik istiqraz faizi də ilin ən yüksək səviyyəsinə çataraq 3,19% olub.

Seçkilərdən sonra ortaq valyuta olan avro da dəyər itirib.