AZ

"Fənərbaxça"ya Ali Koç, Ali Koç da "Fənər"ə yaraşır”- FOTOLAR

"Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov yenidən "Fənərbaxça" prezidenti seçilən Ali Koçu təbrik edib.

Sportinfo.az xəbər verir ki, o, bununla bağlı özünün İnstaqram səhifəsində paylaşım edib.

Qeyd edək ki, A.Əsgərov və Ali Koç Avropa Klublar Assosiasiyasının İdarə Heyətində təmsil olunurlar və bir-biriləri ilə isti münasibətləri var. Ali Koçla şəkillərini paylaşan A.Əsgərov yazıb:

"Əsl seçimlər bir gün haqqını alır və ən yaxşılar mütləq qazanır. "Fənərbaxça"ya Ali Koç, Ali Koç da "Fənər"ə yaraşır.

"Fənərbaxça" ailəsini, dostlarımı, azarkeşlərini doğru qərar vermələri münasibəti ilə təbrik edirəm!"

Dünən keçirilən seçkidə A.Koç rəqibi olan Əziz Yıldırıma qalib gəlib.

Seçilən
99
sportinfo.az

1Mənbələr